Rusiya baş nazirinin müavini Bakıya gələcək
Rusiya baş nazirinin müavini Dmitri Roqozin dekabr ayında Bakıya səfər edəcək. Trend-in məlumatına görə, D.Roqozin Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclasında iştirak edəcək. Dekabrın əvvəllərində keçiriləcək Azərbaycan-Rusiya hökumətlərarası komissiyası çərçivəsində baş tutacaq işçi şurasında Rusiyanın bir sıra şirkətlərinin nümayəndələri iştirak edəcək. Qeyd edək ki, hökumətlərarası komissiyanın sonuncu iclası ötən il oktyabrın 9-da keçirilmişdi. /