Maide.az

Rusiya baş nazirinin Ermənistana səfərinin tarixi açıqlanıb

Rusiyanın Baş naziri Dmitri Medvedev oktyabrın 24-də Yerevana səfər edəcək. “Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. İnformasiyaya əsasən, səfəri təşkil etmək məqsədi ilə oktyabrın 18-da xüsusi reyslə Rusiya baş nazirinin təhlükəsizlik, protokol və mətbuat xidmətinin əməkdaşları Ermənistana gedəcəklər.