Rusiya Baltik sahilinə 500-dən çox desant çixardı
Rusiya 500-dən çox dəniz desantçısını Baltik sahilinə çıxarıb. ANS PRESS-in məlumatına görə, rus desantı təlimlər çərçivəsində Baltik sahilinə düşüb. Bu haqda Baltika flotu üzrə mətbuat xidmətinin informasiya təminatı bölməsinin böyük zabiti, 3-cü dərəcəli kapitan Andrey Bespalıy xəbər verib. "Toplam olaraq təlimlərdə Baltika flotunun 10-dan çox suüstü gəmi, kater və digər hərbi texnikası iştirak edəcək. Təlimlərə həmçinin təyyarələr və dəniz aviasiyası vertolyotlarının gəmisi cəlb edilib. Sahil qoşunlarının hərbi texnikasının 40-dan çox hərbi texnikası təlimlərdə olacaq”,-deyə Bespalıy bildirib. /