Rusiya 30 ABŞ diplomatını ölkədən qovur
Rusiya ABŞ-ın ölkə ərazisindəki 30-a yaxın diplomatını ölkədən qova və amerikanın Rusiyadakı mülki obyektlərinə həbs qoya bilər. Bunu rus "İzvestiya" nəşrinə ölkənin DİN idarəsindəki mənbə bildirib. Mənbə bildirib ki, bu addıma səbəb 2016-cı ilin Dekabr ayından həbs qoyulan rus səfirlik mülkiyyətinin Vaşinqton tərəfindən qaytarılmaması qərarıdır və Hamburqda G20 toplantısında keçirilən Putin-Tramp danışıqlarında da bu məsələni həll etmək mümkün olmayıb. Cavab tədbirləri qismində həbsə qoyula biləcək obyektlərə ABŞ-ın Rusiya paytaxtındakı bağ evi və anbarı aid ola bilər, lakin ABŞ səfirinin iqamətgahı və ABŞ-ın Sankt-Peterburqda yerləşən amerikan-ingilis səfirliyi məktəbinə toxunulmayacaq. (islaminsesi) /