Maide.az

Rusiya 2029-cu ildə Aya kosmonavt göndərəcək

  Rusiyanın Aya kosmonavt göndərməsi 2029-cu ildə reallaşa bilər.   Maide.az xəbər verir ki,  bu barədə “Enerqiya” RKK-nın rəhbəri Vladimir Solntsev kosmik texnologiyalara həsr olunmuş konfransda bildirib.    “Hazırda yeni nəsil uçuş aparatları üzərində işlər davam etdirilir.   “Soyuz” tipli gəmiləri əvəzləyəcək bu aparatlar 4-6 nəfəri Aya orbitinə çatdıra biləcək”, - deyə o qeyd edib.    Daha öncə Rusiyanın Ayla bağlı birgə proqram hazırlamaq üçün Avropa Birliyi ilə anlaşma əldə eləməsi haqda xəbər verilmişdi.      Rusiyanın Marsa meymun göndərmək istəməsi haqda da xəbər verilib. /