Rus diplomatlarını geri göndərən ölkələrin sayı 18-ə çatdı
ABŞ, Kanada, Avropa Birliyinin 14 ölkəsi, Ukrayna və Albaniya rus diplomatlarını geri göndərir. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, söhbət ümumilikdə 100 diplomatdan gedir. Rusiya Xarici İşlər Nazirliyi bu addımı qeyri-məhsuldar adlandıraraq onun fəsadsız ötüşməyəcəyini bəyan edib. Qərarın martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş yüksək rütbəli zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqəli olduğu bildirilir.