Maide.az

Rumıniya və Danimarkada əzadarlıq məclisləri fəal keçir - FOTOLAR

Rumıniyadakı müsəlmanlar məhərrəm ayının daxil olması ilə təşkil olunan əzadarlıq məclislərdində fəal iştirak edirlər. Paytaxt Buxarestdə yerləşən Əhli-Beyt (ə) İslam Mərkəzində Məhərrəmliyin daxil olması ilə əzadarlıq məclislərinə başlanılıb. Məclislərdə İmam Hüseynin (ə) Kərbəla məktəbindən çıxarılan dərslər silsiləsindən bəhslər edilir və matəm məclisləri təşkil olunur.      Danimarkanın Odensa şəhərində də müsəlmanlar Əhli-Beytin (ə) matəminə şərik olmaq üçün İslam Mərkəzində təşkil olunan əzadarlıq məclislərinə qatılırlar.   (deyerler)