Maide.az

Ruhullah Axundzadənin oğlu Məhəmmədəliyə hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı Məhəmmədəli Axundzadənin məhkəmə prosesinin yekun iclası keçirilib.   Maide.Az bildirir ki, bu haqda İslamazeri.az-a ilahiyyatçının yaxınları məlumat verib.   Məlumata görə,  AİP-in Astara şöbəsinin həbsdəki sədri Ruhullah Axundzadənin oğlu, Nardaran hadisələrindən sonra həbs olunan Məhəmmədəli Axunzadəyə 5 il 6 ay hökm oxunub.   Mənbəmizin bildirdiyinə görə, özünü təqsirli bilməyən Məhəmmədli Axundzadə apellyasiya şikayəti verəcəyini qeyd edib.   Qeyd edək ki, AİP-in Astara şöbəsinin həbsdəki sədri Ruhullah Axundzadənin oğlu Məhəmmədəli Axundzadə Məşhəd şəhərində Dini Mədrəsədə təhsil alırdı. O ilahiyyat təhsili almaqla yanaşı bəzi məqalə və tənqidi yazıları, o cümlədən tənqidi sosial şəbəkə statusları ilə yadda qalıb. Məhəmmədəli Axunzadə Nardaran hadisələrindən sonra Azərbaycana qayıdarkən həbs olunmuş və 234.2-ci maddə ilə (istifadə miqdarından artıq narkotik maddə daşıma) ittiham olunub.   Onu da qeyd edək ki, 2011-ci ildə həbs olunan AİP-in Astara şöbəsinin həbsdəki sədri Ruhullah Axundzadəyə 11 il 6 ay hökm oxunub.