Maide.az

Ruhullah Axundzadənin ilahiyyatçı oğlu Məhəmmədəli həbs olunub

Ruhullah Axundzadənin ilahiyyatçı oğlu Məhəmmədəli həbs olunub. Bu haqda İslamazeri.az-a Məhəmmədəli Axundzadənin qohumları məlumat verib. Məlumata görə, o Cinayət məcəlləsinin 234-cü maddəsilə saxlanılaraq rayon məhkəməsinin hökmü ilə barəsində həbs qətimkan tədbiri seçilib. Məhəmmədəli Axundzadə artıq Bakı İstintaq Təcridxanasına (Kürdəxanı) göndərilib. Qeyd edək ki, Məhəmmədəli Axundzadə Məşhəddə ilahiyyat təhsili alırdı. Xatırladaq ki, Məhəmmədəli AİP-in Astara rayon şöbəsinin həbsdəki sədri Ruhullah Axundzadənin oğludur./