Maide.az

Ruhani: `İranda Amerikaya ölüm!` qışqıranlar Amerika xalqına pislik arzulamırlar`

"Hər cümə namazından sonra Tehranda "Amerikaya ölüm!" qışqıranlar Amerika xalqına pislik arzulamırlar".   Bunu ABŞ-ın CBS telekanalına müsahibəsində İran prezidenti Həsən Ruhani deyib.   İran lideri bildirib ki, bu, ABŞ-ın bundan öncəki hakimiyyətlərinin siyasətinə reaksiyadır.   Buna misal olaraq H. Ruhani İran-İraq müharibəsi zamanı ABŞ-ın Səddam Hüseynə dəstək verməsini göstərib.   "Əslində, İran xalqı amerikalılara hörmətlə yanaşır və müharibə istəmir", - deyə H. Ruhani bildirib.