Maide.az

Ronaldo `Real`la müqaviləni yenilədi - rəsmi

“Real” hücumçusu Kriştiano Ronaldo ilə müqavilənin müddətini uzadıb.   Qol.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.   Portuqaliyalı hücumçu “Santyaqo Bernabeu” stadionunda yeni müqaviləyə imza atıb. Müqavilə  2021-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.   Qeyd edək ki, 31 yaşlı futbolçu 2009-cu ildən Madrid klubunda çıxış edir.