Maide.az

Ronaldo dünyanın ən yaxşı futbolçusu mükafatına layiq görülüb

Portuqaliya yığmasının rəhbəri Fernandu Santuş ən yaxşı məşqçi seçilib   İspaniyanın "Real" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo dünyanın ən yaxşı futbolçusu – "Globe Soccer Awards" mükafatına layiq görülüb.   Bu barədə mükafatın mətbuat xidmətinin məlumatında bildirilir.   Təqdimetmə mərasimi Dubay şəhərində baş tutub. "Real Madrid" ilin ən yaxşı klubu, 2016-cı ildə Avropa çempionu olan Portuqaliya futbol yığmasının baş məşqçisi Fernandu Santuş ən yaxşı məşqçi, ingilis Mark Klattenburq isə ən yaxşı hakim seçilib.   Bu mükafat 2010-cu ildə Avropa Futbol Agentləri Assosiasiyası və Avropa Klubları Assosiasiyası tərəfindən təsis edilib. (report) /