Maide.az

Ronaldo ən çox kimə qol vurub? - `Bavariya`, `Qalatasaray` və...

“Real”ın hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasında vurduğu qolların sayını 105-ə çatdırıb.   Qol.az xəbər ki, Rusiyanın sports.ru saytı portuqaliyalı futbolçunun bu göstəriciləri ilə əlaqədar maraqlı statistik yazı hazırlayıb.   Ronaldo 15 qolu “Mançester Yunayted”in, 90-nı isə “Real”ın heyətində vurub.   Onun rəqib qapılarından keçirdiyi qolların statistikası belədir:   Qolları bədəninin hansı hissəsi ilə vurub? 72 qol - sağ ayaqla 18 qol - sol ayaqla 15 qol - başla   Haradan vurub? 62 qol - cərimə meydançasından 27 qol - qapıçı meydançasından 16 qol - uzaq məsafədən   Hansı vəziyyətdə vurub? 82 qol - oyun vəziyyətindən 12 qol - cərimə zərbəsindən 11 qol - penaltidən   Hansı vaxtda və harada vurub? 47 qol - 1-ci hissədə 55 qol - 2-ci hissədə 3 qol - əlavə vaxtda 56 qol - evdə 49 qol - səfərdə   Hansı mərhələlərdə vurub? 51 qol - qrup mərhələsində 20 qol - 1/4 finalda 17 qol - 1/8 finalda 13 qol - 1/2 finalda 4 qol - finalda   Hansı klublara vurub? 9 qol - “Bavariya” 7 qol - “Yuventus”, “Ayaks”, “Şalke” 6 qol - “Qalatasaray”, “Malmö” 5 qol - “Roma”, “Şaxtyor” 4 qol - “Atletiko”, “Borussiya” (Dortmund), “Lion”, “Marsel” 3 qol - "Volfsburq", "Dinamo" Kiyev, "Kopenhagen", "Sportinq", SSKA 2 qol - APOEL, "Arsenal", "Bazel", "Ludoqorets", "Mançester Yunayted", "Milan", "Tottenhem", "Sürix" 1 qol - "İnter", "Liverpul", "Mançester Siti", "Oser", "Portu", "Çelsi"   Ən çox hansı qapıçılara vurub? 9 qol - Noyer, Viland 7 qol - Buffon 6 qol - Muslera 5 qol - Pyatov, Vermeyer   Hansı mövsümdə nə qədər vurub? 17 qol - 2013/14 16 qol - 2015/16 12 qol - 2016/17, 2012/13 10 qol - 2011/12, 2014/15 8 qol - 2007/08 7 qol - 2009/10 6 qol - 2010/11 4 qol - 2008/09 3 qol - 2006/07