Maide.az

Ronaldo 372 gündə tarix yazdı

Portuqaliyalı ulduz “Real”ın (Madrid) aparıcı futbolçusu Kriştianu Ronaldo son 1 ildə əldə etdiyi nailiyyətlərlə hər kəsi özünə heyran buraxıb.   K.Ronaldo 2016-2017 mövsümündə 10 mükafat qazanıb. Bunlardan 6-sı kubok mükafatı, 4-ü isə şəxsi nailiyyətlərdir.   Çempionlar Liqasının final mərhələsində dubl edərək, kubokun qazanılmasında böyük rol sahibi olan ulduz futbolçu, bununla da kariyerasında 600-cü qolunu rəsmiləşdirib. O, eyni zamanda bu arenada dalbadal 5-ci dəfə qol kralı olub.   32 yaşlı oyunçunun son 1 ildə, daha dəqiq desək, son 372 gündə əldə etdiyi nəticələr bunlardır: “EURO-2016” qalibi (Portuqaliya milli komandası) 2 dəfə Çempionlar liqasının qalibi (“Real Madrid”) UEFA super kuboku FİFA dünya klublar kuboku İspaniya “La liqa”sı   Bununla yanaşı, təcrübəli futbolçu, UEFA və FIFA-da “İlin futbolçusu”, “Ballon d’Or” mükafatı və Portuqaliyada “İlin futbolçusu” seçilib. (modern.az) /