Maide.az

Romada xristian-müsəlman din xadimlərinin forumu başa çatıb

.Ötən həftə Romada  xristian-müsəlman din xadimlərinin  III forumu keçirilib Maide.az -ın məlumatına görə, din xadimləri və alimlərin III forumun iştirakçıları  3 günlük görüşün yekunlarına dair bəyanat hazırlayıblar.  Görüşün mövzusu " Xristian və müsəlmanlar : cəmiyyətdə müttəfiqdirlər" olub.  ​Bəyanatda səslənir ki, "görüş qarşılıqlı hörmət, bir-birini dinləmə, dünyamızda çatışmayan sülh və qardaşlıq​la xarakterizə olunub".  ​Forumda xristian tərəfindən ingilis din xadimləri, katoliklər​, islam tərəfindən isə sünni və şiələr iştirak ediblər.  ​Forum iştirakçıları və  nümayəndə heyyətlərinin rəhbərləri Roma Papası ilə də görüşüblər.  //