Rohingiya qaçqınlarının düşərgəsində yanğın, 30 ev və 1 məscid yanıb
Ötən gün Banqladeş sərhədində yerləşən Koks Bazar şəhərindəki Rohingiya qaçqınlarının düşərgəsində yanğın baş verib. Maide.Az “dhakatribune” ə istinadla xəbər verir ki, yanğın nəticəsində 30 ev və 1 məscid yanaraq kül olub. Yanğın zamanı 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Yanğının baş vermə səbəbləri araşdırılır. Qeyd edək ki, Rohingiya adlanan Myanmarın Raxin vilayətinin müsəlmanları 2012-ci ildən ifratçı buddistlərin qırğınlarının hədəfinə çevrilib. İndiyədək çox sayda müsəlman qətlə yetirilib, yüzlərlə ev və iş yerləri məhv edilib, minlərlə insan didərgin salnıb. Xatırladaq ki, Myanmar dövləti Rohingiya müsəlmanlarının vətəndaşlıq hüquqlarını qəbul etməyərək onları qeyri-qanuni mühacir adlandırır. 700 minə yaxın Myanmalı müsəlman hazırda Banqladeşin Koks Bazar şəhərindəki düşərgədə məskunlaşıb.