Rohinciyalı qaçqınlara smart vəsiqələr veriləcək
Dünyanın müxtəlif ölkələrində yaşayan Rohinciyalı müsəlman qaçqınların əsas xidmətlərdən o cümlədən bank, təhsil və digər xidmətlərdən istifadəsini asanlaşdırmaq üçün onlara smart vəsiqələr veriləcək. Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Rohinciya müsəlmanları üçün smart vəsiqələrin verilməsi üçün kampaniya Malayziyada başlayıb və bu layihə üçün “www.rohingyaproject.com” saytı fəaliyyət göstərir. Layihənin rəhbəri və Rohinciyalı müsəlmanlardan olan Məhəmməd Nur deyib ki, bu layihə vətəni olmayan Rohinciyalılara kimlik verəcək. “Bu internet saytında Rohinciyalı müsəlmanların qeydiyyatı və onların məlumatlarını qeyd etmək üçün şərait yaradılıb. Məlumatlar təkmilləşdikdən sonra onlara smart vəsiqə veriləcək”.