Rohani Çinə gedəcək
İyunda İran prezidenti Hassan Rohani Çinə gedəcək. Maide.Az "azadliq.org"a istinadən xəbər verir ki, məlumatı Çinin Xarici İşlər Nazirliyi yayıb. Bu arada dünya gücləri İranla 2015-ci ildə imzalanmış nüvə sazişini xilas etməyə çalışırlar. Nazirlik mayın 28-də yaydığı məlumatda Rohani-nin səfərinin dəqiq tarixini açıqlamayıb. Ancaq onun iyunun 6-10-da Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində müşahidəçi kimi iştirak edəcəyi bildirilib. ŞƏT-i Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan 2000-ci illərin əvvəlində siyasi, iqtisadi və təhlükəsizlik təşkilatı kimi yaradıb. Hindistanla Pakistan 2017-ci ildə ona qoşulub, İranda birləşmək ehtimalını səsləndirib. İranla nüvə sazişini Çin, Rusiya, Fransa, Almaniya, Britaniya və Birləşmiş Ştatlar imzalayıb. ABŞ prezidenti Donald Trump mayın 8-də ondan çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu bildirib. Digər ölkələrsə nüvə sazişini İranın nüvə silahı əldə etməsini əngəlləməyin ən yaxşı yolu hesab edirlər.