Maide.az

Rio-2016: XV gün üçün Azərbaycan idmançılarının təqvimi

Rio-2016 Yay Olimpiya Oyunları davam edir.   Apasport.az saytının məlumatına görə, mötəbər turnirin XV günündə Azərbaycan yığmasının 4 üzvü medallar uğrunda mübarizə aparacaq.   Sərbəst güləş yarışlarında çıxış edən Şərif Şərifov (86 kq) və Cəmaləddin Məhəmmədov (125 kq), həmçinin taekvondoçu Radik İsayev (+80 kq) və bədii gimnastımız Marina Durunda günü mükafatla başa vura bilərlər.   Olimpiya Oyunları XV gün   Sərbəst güləş 1/8 final 17:20. Şərif Şərifov (86 kq) – Şengfeng Bi (Çin)   17:45. Cəmaləddin Məhəmmədov (125 kq) -  İvaylov Dlaqnev (ABŞ)   Taekvondo 1/8 final 19:45. Radik İsayev (+80 kq) – Ruslan Japarov (Qazaxıstan)   Bədii gimnastika Çoxnövçülük Final 22:20. Marina Durunda