Maide.az

Rio-2016: XIII gün üçün Azərbaycan idmançılarının təqvimi

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunları davam edir. Apasport.az saytının məlumatına görə, yarışların XIII günündə Azərbaycan yığmasının 5 idmançısı mübarizə aparacaq.   Boksçumuz Kamran Şahsuvarlı (75 kq) yarımfinal mərhələsində döyüşəcəyi halda kanoeçi Aleksandr Demyanenko və kayakçı İnna Osipenko-Radomskaya finalda mübarizə aparacaqlar.   Xanım güləşçimiz Natalya Sinişin (53 kq) və triatlonçu Rostislav Pevtsov isə Olimpiadada debüt edəcəklər.   Bugünkü medal şanslarımıza gəlincə isə, yarımfinala yüksəlməklə bürünc medalı təmin etmiş Kamran Şahsuvarlı bu dəfə də qalib gəlsə, ən az gümüş medalı təmin edəcək.   Digər 4 təmsilçimiz üçün isə gün həlledici olacaq. Belə ki, finalda yarışacaq milliləşən avarçəkənlərimizlə yanaşı Sinişin və Pevtsovun da günü medalla başa vurmaq şansı var.   Olimpiya Oyunları XIII gün   Kanoe Sprint 200 metr Final 16:23. Aleksandr Demyanenko   Kayak 500 metr Final 17:11. İnna Osipenko-Radomskaya   Güləş 1/8 final 17:00. Natalya Sinişin (53 kq) – Saori Yoşida (Yaponiya)   Triatlon Final 18:00. Rostislav Pevtsov   Boks Yarımfinal 22:00. Kamran Şahsuvarlı (75 kq) – Arlen Lopez (Kuba)