Maide.az

Rio-2016: XII gün üçün Azərbaycan idmançılarının təqvimi

Rio-2016 Yay Olimpiya Oyunları davam edir.   Apasport.az saytının məlumatına görə, dörd illiyin ən möhtəşəm turnirinin XII günündə Azərbaycan yığmasının 3 üzvü mübarizə aparacaq.   Bunlardan Yunan-Roma güləşçisi Rəsul Çunayev (66 kq) Olimpiadada debüt edəcəyi halda, kanoeçi İnna Osipenko-Radomska və boksçu Lorenzo Sotomayor medal üçün yarışacaqlar.   Olimpiya Oyunları XII gün   Güləş 1/16 final 17:00. Rəsul Çunayev (66 kq) - Migel Palasio Martinez (Kuba)   Kanoe Sprint (K1) 200 metr Final 16:40. İnna Osipenko-Radomska   Boks 1/4 final 01:15. Lorenzo Sotomayor (64 kq) – Yasnier Toledo