Maide.az

Rio-2016: Olimpiadada əldə olunan dünya REKORDLARI

  Rio-2016-da yeni rekord müəyyənləşib.  Çinli ağırlıqqaldıran Denq Vey Braziliyadakı Olimpiya Oyunlarında iki dünya rekordu qıran ilk idmançı olub.   63 kq çəki dərəcəsində çıxış edən xanım atlet həm təkanla qaldırma, həm də yekun nəticədə dünya rekordu müəyyənləşdirib. Onadək ikinci hərəkətdə 147 kq qaldıran idmançı olmamışdı ki, asiyalının yekunda topladığı 262 kq nəticəsi də planetin ən yüksək göstəricisidi.   Ümumilikdə isə Rio-2016-dakı dünya rekordlarının sayı 9-a çatıb. Bunlardan 5-i üzgüçülük, 3-ü ağırlıqqaldırma, 1-i isə kamandan oxatmada qeydə alınıb.   İndiyədək 7 ölkə təmsilçisi Rioda dünya rekordu ilə fərqlənib ki, yalnız çinlilərin hesabında 3 belə nailiyyət var. Digər 6 ölkə idmançıları isə 1 rekord müəllifidi.   Qeyd edək ki, 9 dünya rekordundan 6-sı qadın, 3-ü kişilərin hesabındadı. (apasport.az) /     Rio-2016-da dünya rekordları 5 avqust Kamandan oxatma, kişilər Vujin Kim (Cənubi Koreya) – 700   6 avqust Üzgüçülük, qadınlar, 400 m, kompleks Katinka Hosszu (Macarıstan) – 4.26,36   7 avqust Üzgüçülük, qadınlar, 4x100 m, sərbəst üsulla Avstraliya – 3.30,65   Ağırlıqqaldırma Kişilər, 56 kq Qinqquan Lonq (Çin) – 307 kq   Üzgüçülük, qadınlar, 100 m, batterflyay Sara Syostrom (İsveç) – 55,48   Üzgüçülük, kişilər, 100 m, brass Adam Peti (Böyük Britaniya) – 57,13   Üzgüçülük, qadınlar, 400 m, sərbəst üsul Katelin Ledeki (ABŞ) – 3.56,46   9 avqust Ağırlıqqaldırma, qadınlar, 63 kq, yekun Denq Vey (Çin) – 262 kq   Ağırlıqqaldırma, qadınlar, 63 kq, təkanla qaldırma Denq Vey (Çin) – 147 kq