Maide.az

Rio-2016: IX gün üçün Azərbaycan idmançılarının təqvimi

Braziliyada Yay Olimpiya Oyunları davam edir.   Apasport.az saytının məlumatına görə, mötəbər yarışın IX günündə daha 3 Azərbaycan idmançısı çıxış edəcək.   Boks üzrə super ağır çəkidə (+91 kq) mübarizə aparan Məhəmmədrəsul Məcidov ikinci döyüşünə çıxacaq. O, 1/8 finalda qazaxıstanlı İvan Diçko ilə mübarizə aparacaq.   Güllə atıcımız Ruslan Lunyov isə 25 m məsafəyə hədəfi dəqiq nişan almaq üçün ikinci təsnifat mərhələsində çıxış edəcək.   Velosipedçimiz Olqa İsmayılova isə keyrində ilk yürüşünə çıxacaq.   Boks 1/8 final 02:45. Məhəmmədrəsul Məcidov (+91 kq) – İvan Diçko (Qazaxıstan)   Güllə atıcılığı 25 m, II təsnifat mərhələsi 16:00. Ruslan Lunyov   Velospied idmanı Keyrin I mərhələ 17:00. Olqa İsmayılova