Maide.az

Rio-2016: Azərbaycanlı ağır atlet dünya rekordunu yeniləyərək Olimpiya çempionu olub

Qazaxıstanı təmsil edən azərbaycanlı  atlet Nicat Rəhimov Rio Olimpiadasında təkanla qaldırma hərəkətində   dünya rekordunu yeniləyərək 1-ci yer tutub.   APA-nın məlumatına görə, N. Rəhimov 77  kq çəki dərəcəsində olimpiya çempionu olub.   Toplamda 379 kq (105 kq + 130 kq) nəticə göstərən Nicat Rəhimov çinli Lyuy Syaozsunu və Misir atleti Məhəmməd Mahmudu geridə qoyub.   Qeyd edək ki, N.Rəhimov təkanla qaldırma hərəkətində rusiyalı Oleq Perepeçenovun 2001-ci ildə vurduğu rekordu yeniləyib. Nicat Rəhimov 2014-cü ildən etibarən Qazaxıstan yığmasında çıxış edir.