Şri Lankada buddistlər məscidə hücum etdi – FOTO
Şri-Lankada ifratçı buddistlər müsəlmanların “Jummah” məscidinə hücum edib. Maide.Az “dünyabülleteni”-nə istinadən xəbər verir ki, hadisə cənubi Asiyanın Şri Lanka ölkəsinin Ampura şəhərində baş verib. Polisin verdiyi açıqlamya görə, ifratçı buddistlərin “Jummah” məscidinə hücumu zamanı beş nəfər yarlanıb, məscidə, ətraf iş yerlərinə və bir neçə avtomobilə ziyan dəyib. Polis bölgədə vəziyyətə nəzarəti ələ alıb. Ötən il Şri Lankada müsəlmanlara qarşı təqribən 20 hücum təşkil olunmuşdu. Hücumların ardınca ölkənin müxtəlif bölgələrində dini azlıqların hüquqlarını müdafiə etmək məqsədilə mitinqlər təşkil olunub. Şri Lankanın 21 milyon əhalisi var ki, müsəlmanların sayı əhalinin sayının 9 faizini , buddistlər 70 faizini, Hindular isə 13 faizini təşkil edir.