Maide.az

Şri-Lankada zibil qalağı evlərin üzərinə düşüb - 30 nəfər həlak olub

Şri-Lankanın paytaxtı Kolomboda zibil qalağının yaşayış evlərinin üzərinə düşməsi nəticəsində 30 nəfər həlak olub.   Trend-in məlumatına görə, bir neçə gün əvvəl baş vermiş hadisə ilə əlaqədar axtarışlar davam etdirilir.   Məlumatda qeyd olunur ki, nəhəng zibil qalağının çökməsi nəticəsində 100-ə yaxın gecəqondu ev dağıntılar altında qalıb. 500-dən çox adam evindən məhrum olub.   Xilasedicilər bölgədə çoxlu sayda itkin düşənlərin olduğunu ehtimal edir. /