Şri-Lankada məscidə hücum olunub -FOTO
Şri-Lankada məscidə hücum olunub. Maide.Az BBC-ə istinadla xəbər verir ki, hadisə paytaxtı Colombo şəhərinin şimalındakı Kurunegala rayonunda Hettipola şəhərində baş verib. Hücum edənlər məscidin içərisində olan əşyaları dağıdıb, pəncərələri sındırılıb, məscidin xalçaları yandırılıb. Bundan başqa ölkədə müsəlmanlara qarşı da hücumlar artıb. Belə ki, ölkənin Puttalam əyalətində ötən gün 45 yaşlı müsəlman kişi bıçaqlanara öldürlüb.