Maide.az

Rezidenturaya qəbul olmuş şəxslərin nəzərinə!

2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul olmuş və Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş şəxslərin klinik bazalarda rezidentura səviyyəsində hazırlığına 10 oktyabr 2018-ci il tarixindən başlanılır.   Maide.Az bildirir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, rezidenturaya qəbul olmuş və qeydiyyatdan keçmiş şəxslər aşağıdakı sənədləri təqdim etməklə qəbul olduqları klinik bazalara müraciət etməlidirlər:   • Şəxsiyyət vəsiqəsinin əsli və surəti   • Ali baza tibb təhsili haqqında diplomun əsli və surəti   • Tərcümeyi-hal   • Sağlamlıq haqqında arayış   • Hərbi bilet (mövcud olduğu halda)   • Əmək kitabçası (mövcud olduğu halda)   • Dövlət sığorta şəhadətnaməsi (mövcud olduğu halda)   • Soyad dəyişdirildiyi halda soyadın dəyişdirilməsi haqqında müvafiq sənəd   • Fotoşəkil 3 x 4 ölçüdə, 1 ədəd