Maide.az

Respublika Narkoloji Dispanserində güclü yanğın baş verib, ölən və xəsarət alanlar var - YENİLƏNİB-3

Respublika Narkoloji Dispanserinin yanan 2-ci korpusundan 1 nəfərin meyiti çıxarılıb.    APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğın baş verən binada pasiyentlərin qaldığı ehtimal edilir.    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.    *** 08:44   Respublika Narkoloji Dispanserində yanğın zamanı 30-dan artıq pasiyent binadan çıxarılıb.   Maide.Az bildirir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.   O həmçinin bildirib ki, yanğın zamanı xəsarət almış şəxslərdən üçü xəstəxanalara yerləşdirilib.   Qeyd edək ki, hadisə yerinə 10-dək təcili tibbi yardım briqadası cəlb edilib.    Hazırda yanğın zamanı ölənlərin olması dəqiqləşdirilir.   *** 08:29   Bakıda güclü yanğın baş verib.   Maide.Az xəbər verir ki, FHN-dən  verilən xəbərə görə, yanğın Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində baş verib.   Hadisə yerinə 10-dan çox yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədnirlər davam etdirilir.    Yanğın xəstəxananın daimi yataq xəstələrin müalicə aldığı 2-ci şöbəsindəbaş verib.    APA-nın xəbərinə görə, pasiyentlərin əksəriyyəti yanan binadan təxliyə olunub.    Yanğın güclü olduğuna görə, hələlik binaya daxil olmaq  mümkünsüzdür. İçəridə xəstələrdən hansınınsa qalıb-qalmadığı binaya daxil olduqdan sonra bilinəcək.    Ölən və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur.