Maide.az

`Real Madrid` klubu yeni rekorda imza atıb

Madrid təmsilçisi final görüşlərində məğlub olmayıb   İspaniyanın "Real Madrid" klubu yeni rekorda imza atıb. "Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi 2002-ci ildən çıxdığı final matçlarında məğlub olmayıb.   Komanda həmin ildən bu yana 9 dəfə finala çıxıb. Hazırda Zinəddin Zidanın rəhbərlik etdiyi komanda Çempionlar Liqası, Superkubok və klublararası dünya kubokunda birinci olub.   "Real Madrid" 9 kubokun 6-nı 2014-cü ildən sonra əldə edib.   Klubun növbəti müsbət göstəricisi məğlubiyyətsizlik seriyası ilə bağlıdır. Z.Zidanla cari ildə 3 - Çempionlar Liqası, Superkubok və klublararası dünya çempionatını qazanan komanda bu müddətdə 37 oyun keçirib və yalnız 2 qarşılaşmada məğlub olub.   Buna qədər "Real Madrid"in məğlubiyyətsizlik seriyası 34 olub. /