Maide.az

Rayonlarda yağış yağacaq, şimşək çaxacaq

İyulun 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   Maide.İnfo xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  21-24° isti, gündüz  29-34° isti, Bakıda gecə  22-24° isti, gündüz  31-33° isti olacağı gözlənilir.   Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75%, gündüz 45-55 % təşkil edəcək.   Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  22-23°, Türkan, Hövsan, Sahil, Şıxda  24-25° isti olacaq.   Azərbaycanın rayonlarında əsasən, dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz  32-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.