Maide.az

Rayonlardan Bakıya qayıdış izdihamı - VİDEO

İki günlük evə qapanma qərarından sonra rayonlara axın edənlər saat 06:00-dan sonra Bakıya qayıtmağa başlayıb.   Maide.az "musavat.com" a istinadla xəbər verir ki,  iki gün əvvəl Bakıdan çıxışda necə tıxac yaranmışdısa, indi də eyni mənzərə yaranıb.   İnsanlar gecə saat 2-3 radələrindən postlara axın edib. Gecəni yolda keçirib, Bakıya ilk giriş etmək istəyənlər də tıxac yaradıb. Sürücülər yenə torpaq yollardan Bakıya gəlməyə başlayıb.   Həmin mənzərənin və izdihamın görüntülərini təqdim edirik: