Maide.az

Rauf Mirqədirov müalicə müəssisəsinə köçürülür

MTN-in təcridxanasında saxlanılan jurnalist Rauf Mirqədirov bu gün tibbi müayinə üçün Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürüləcək. Bu barədə Turan-a onun vəkili Fuad Ağayev bildirib.   Qeyri-rəsmi mənbələrin məlumatına görə, R.Mirqədirovun səhhətində ciddi problemlər var.  Avqustun əvvəllərində jurnalist Leyla və Arif Yunusların işi üzrə prosesdə dindirilib. O zaman prosesi izləyən hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı R.Mirqədirovun çox arıqladığını və ağrılardan əziyyət çəkdiyini demişdi.   R.Mirqədirov 2014-cü ilin aprelində Türkiyədən deportasiya olunduqdan dərhal sonra dövlətə xəyanət ittihamı ilə həbs edilib.   O bu ittihamı qəti şəkildə rədd edir. Həbsin əsl səbəbi dövlətə xəyanətdə ittiham olunan Leyla Yunusun layihələrində iştirak etməsidir. /