Maide.az

RATİ-nin əməkdaşı prokurorluqda olub

Oktyabrın 2-də Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı Tatyana Kryuçkina Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində RATİ-nin işi ilə bağlı bəzi sənədləşmə materialları ilə tanış olub. Bu barədə Turan-a  T.Kryuçkinanın özü bildirib.   O, bir saatadək prokurorluqda olub.   “Mənə qarşı normal münasibət oldu və bəzi sənədləri imzaladıqdan sonra azad buraxıldım”, - o qeyd edib. T. Kryuçkina indiyədək bir neçə dəfə “QHT işi” ilə bağlı dindirilib. Sonuncu dəfə bu məsələ ilə bağlı bu il yanvarın sonlarında ifadə verib.