İraq qüvvələri Neynava əyalətinin 2/3 hissəsini terrorçulardan təmizləyib
İraqın baş naziri Heydər Əl-Əbadi elan edib ki, İraq qüvvələri Neynava əyalətinin 2/3 hissəsini terrorçuların işğalından azad ediblər. Maide.Az xəbər verir ki, H.Əl-Əbadi bu gün İraq Silahlı Qüvvələrinin yaranmasının 96-cı il ildönümü münasibəti ilə çıxışıı zamanı deyib ki, İraq qüvvələri hazırda Mosula daxil olub. H. Əbadi deyib ki, bizim terrorizmlə mübarizəmiz sona yaxınlaşır. O əlavə edib ki, İraq ordusu bütün xalqın ordusudur. “İraq Silahlı Qüvvələri bu gün yüksək hərbi təcrübəyə malikdir və bu təcrübəni terrorizmlə müharibədə əldə edib”. /