İraq parlamentində ölkənin Baş nazirinin impincment edilməsinə dair imza toplanır
İraq parlamentində ölkənin Baş naziri Mustafa əl-Kaziminin impincment edilməsinə dair imza toplanır. Maide.Az xəbər verir ki, İraq parlamentindəki “Əl-Fəth” fraksiyası ölkənin Baş naziri Mustafa əl-Kaziminin impincment edilməsinə dair toplanan imzaların yetərli qədər olduğunu bildirib. Əl-Fəth fraksiyasının üzvi Fazil Əl-FƏtlavi deyb ki, Kazimin impincment edilməsinə dair səylər davam etdirilir. “Parlamentin yeni dövrdə işə başlamasından sonra nəticə açıqlancaq. Kazimi ölkədə gərgin təhlükəsizlik vəziyyət və ABŞ əsgərlərinin ölkədən çıxarılmasında gecikmələrə görə impincment olunacaq”.