Maide.az

İraq parlamentinə erkən seçkilərin keçiriləcəyi vaxt açıqlanıb

İraq Nümayəndələr Məclisinə erkən seçkilər 2021-ci il iyunun 6-na təyin edilib.   Maide.Az xəbər verir ki, bunu baş nazir Mustafa Əl-Kazimi açıqlayıb.   Onun sözlərinə görə, seçkilərin uğurlu və şəffaf keçirilməsi üçün lazımi addımlar atılacaq.   Xatırladaq ki, erkən seçkilərin keçirilməsi 2019-cu ilin oktyabr ayından bəri ölkədə etiraz edənlərin əsas tələblərindən biri idi və hakimiyyət bunu yerinə yetirəcəyinə söz vermişdi.   Qeyd edək ki, İraqda son parlament seçkiləri 2018-ci ilin may ayında baş tutub. Növbəti seçkilər isə 2022-ci ilin mayında keçirilməli idi.