Maide.az

İraq parlamenti buraxılıb

İraq parlamenti buraxılıb.    Maide.Az “Sky News Arabic”ə istinadla xəbər verir ki, bu barədə İraq spikeri Məhəmməd əl-Halbusi məlumat verib.    Bildirilir ki, buna səbəb növbəti parlament seçkilərinin keçirilməsidir. “Artıq hazırkı parlament öz işini yekunlaşdırdı və növbəti seçkilərə getmək üçün buraxıldı”,-deyə M.Əl-Halbusi  qeyd edib.    Xatırladaq ki, İraqda növbəti parlament seçkiləri oktyabrın 10-da keçiriləcək.     Müxtəlif partiyaları təmsil edən və müstəqil 3243 namizəd  329 yer uğrunda mübarizə aparacaq.