Maide.az

İraqın yeni baş naziri Səudiyyə Ərəbistanına rəsmi səfərə gedir

İraqın yeni baş naziri Mustafa əl-Kazimi ilk xarici səfərini Səudiyyə Ərəbistanına edəcək.   Bu barədə Səudiyyə Ərəbistanın əl-Hədas telekanalına istinadla xəbər verir.   Telekanal bildirib ki, cari həftənin sonu İraqın baş naziri Mustafa əl-Kazimi ər-Riyada rəsmi səfərə yollanacaq.   Mənbə bu səfərin gündəmi və mövzusu haqda məlumat verməyib.   Bildirilib ki, əl-Kazimi İrana, Avropa və Amerikaya da səfər etməyi planlaşdırır.