Maide.az

İraqın yeni baş naziri rəsmi olaraq işinə başlayıb

İraqda yeni hökumət üzvlərinin parlamentdə təsdiqlənməsi üzrə səsvermə keçirilib.   Maide.Az "trend"ə istinadla xəbər verir ki, parlament 22 nazirdən 14-nü təsdiq edib.   İclasda partiyalar arasında müəyyən mübahisələr də yaranıb. Nəticədə 8 nazirin səsverməsi təxirə salınıb. Növbəti səsvermənin yaxın günlərdə keçirilməsi gözlənilir.   Yeni kabineti formalaşdırmaq üçün təyin edilən Adil Əbdül Mehdi bildirib ki, baş nazirin müavini vəzifəsi ləğv edilib.