Maide.az

İraqın Hizbullahı: 'ABŞ koronavirus bəhanəsi ilə İraqda fəallığını artırdı'

İraqın Hizbullah briqadası (Kətaib Hizbullah) ABŞ-ın İraqdakı bir kəşfiyyat orqanı ilə birlikdə Əl-Həşduş Şəbi və təhlükəsizlik qurumlarını hədəfə alan bir plan hazırladığını açıqlayıb.     Hizbullah briqadaları martın 26-sı verdiyi bəyanatında, ABŞ-ın iraqlıların koronavirusla mübarizə etmə prosesini fürsət bilərək, hədəflərini reallaşdırmaq üçün ölkədəki fəallığını artırdığını qeyd edib: “ABŞ hava əməliyyatı planlaşdırır. Buna qurudan da dəstək gələcək. İraqın bir kəşfiyyat orqanı da planın bir hissəsidir. ABŞ Əl-Həşduş Şəbini, təhlükəsizlik qurumlarını və müqaviməti hədəfə almağı planlaşdırır”.     ABŞ-ın İraq planının dövlətin təməlini təhlükəyə atacağı barədə xəbərdarlıq edən Hizbullah briqadası, planın İraqdakı daxili barışığı pozmağı hədəflədiyini də söyləyib.     Müqavimətçilərə ABŞ-ın planına qarşı çıxmaq barədə müraciət edilən açıqlamada, İraqdakı hər hansı bir tərəfin ABŞ planının hissəsi olmasının xəyanət sayılacağı və buna görə sərt cavab verəcəyi bildirilib.     İraqın Hizbullah briqadası ABŞ-ın planlarının İraq dövləti və sabitliyini təhdid etdiyini qeyd edərək, belə davam edib: “Müqavimət qrupları ABŞ-ın istənilən mümkün hücumlarına dərhal cavab verəcək və ABŞ-ın bütün hərbi, təhlükəsizlik və iqtisadi obyektlərini hədəfə alacaq”.     İraq Hizbullahı əvvəllər də verdiyi açıqlamasında, İraqın Kəşfiyyat Təşkilatının rəhbəri Mustafa Əl-Kazıminin şəhid general-leytenant Qasım Süleymani və şəhid Əbu Mehdi Əl-Mühəndisə qarşı sui-qəsddə ABŞ-a kəşfiyyat dəstəyi verdiyini açıqlamışdı. Deyerler.org/