Maide.az

İraqın Diyala əyaləti tamamilə azad edildi

İraqın Bədr təşkilatı xalq könüllüləri və ordu qüvvələri ilə birgə keçirdiyi əməliyyatdan sonra açıqlama verib: Diyala əyaləti təkfirçi və terrorçu qruplaşma olan İraq və Şamda İsrail Dövləti (İŞİD) terrorçularından tamamilə təmizləndi. Maide.az-ın  məlumatına əsasən, Bədr təşkilatının parlamentdəki fraksiyasının rəisi Qasim əl-Ərəci Diyala əyalətinin şimalındakı Mənsuriyyə əl-Cəbəl məntəqəsinin azad edildiyini bildirib. O deyib: Bu qələbə ilə Diyalə əyaləti İŞİD-dən tamamilə azad edilib. İraqın əs-Sumətiyə News agentliyinə açıqlama verən əl-Ərəci bildirib: Bu əməliyyatda xalq könüllüləri, Dəclə əməliyyat qüvvələri, 5-ci ordu və İraq federal polisinin müxtəlif bölmələri iştirak ediblər. O deyib: Hazırda təhlükəsizlik qüvvələri əhalinin öz evlərinə təhlükəsiz qayıtmaları üçün mina və bombaların təmizlənməsi işlərini görür./