Maide.az

İraqın baş naziri Kərbəlada -FOTO

İraqın baş naziri Heydər Əl-İbadi Kərbəladakı təhlükəsizliyin vəziyyəti ilə yaxından tanış olmaq üçün Kərbəlaya səfər edib.   Maide.Az xəbər verir ki, Heydər Əl-İbadi Kərbəlaya İmam Hüseynin (ə) pakr hərəmini ziyarət etdikdən sonra, şəhərin Ali Təhlükəsizlik Komitəsinin rəsmilərilə görüşüb.   Bu arada, Kərbəla şəhərinin Ali Şurası açıqlamasında, matəm tədbirlərilə əlaqədar çərşənbə axşamından etibarən 3 günlük tətil elan olunduğunu qeyd edib. Açıqlamada tibbi mərkəzlər və xəstəxanaların, o cümlədən xidmət sahələrinin tətil olunan sahələrə aid edilmədiyi qeyd olunub.   Qeyd edək ki, Tasua və Aşura günüylə əlaqədar Kərbəlaya milyonlarla zəvvarın gələcəyi gözlənilir. (deyerler.org)