Maide.az

İraqın baş naziri ABŞ-a gedir

İraqın baş naziri Heydər əl İbadi aprel ayında ABŞ-a səfər edəcək. Səfər çərçivəsində baş nazirin ABŞ prezidenti Barak Obama ilə görüşəcəyi bildirilir. Ağ Evin rəsmi internet səhifədində yayımlanan açıqlamada, aprel ayının 14-də Obamanın İraq baş nazirini qəbul edəcəyi qeyd olunub. Görüş zamanı İŞİD-ə qarşı aparılan əməliyyatların strateji istiqamətləri və iki ölkə arasındakı əlaqələr müzakirə ediləcək. Eyni zamanda açıqlamada, ABŞ və İraq arasında bir çox sahələrdəki əlaqələrin də müzakirə olunacağı qeyd olunmuşdur.deyerler/