İraq Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi
İraq parlamentinin Nümayəndələr Şurası baş nazir Heydər əl-Abadinin təqdim etdiyi namizədlər siyahısını təsdiqləyib. Heydər əl-Abadi hələlik daxili işlər və müdafiə nazirlərinin adlarını açıqlamayıb. İraqın yeni baş naziri bildirib ki, hər iki posta təyin olunacaq şəxslərin adları gələn həftə məlum olacaq.