İraqın Əhlul-Hak briqadasının komandiri İŞİD-ə qarşı döyüşdə şəhid olub
Maide.az-ın məlumatına görə, İraqın Əhlul-Hak briqadalarının bəyanatında bildirilir ki, yüksək çinli komandirlərindən biri İŞİD terror təşkilatına qarşı döyüşərkən Fəllucədə şəhid olub. Əbu Musa Əl-Əmiri təxminən bir ildir ki, Fəllucədə İraq Əhlul-Hak Briqadaları komandanlığını aparırmış. Bundan iki ay əvvəl Əbu Musa Əl-Əmirinin Əli Həsən Əl-Əmiri adlı qardaşı da Fəllucədə eyni bölgədə şəhid edilmişdi. Əbu Musa Əl-Əmiri ABŞ-ın İraq işğalında Amerika ordusuna qarşı döyüşmüş və uzun illər işğal ordusunun zindanlarında işgəncə görmüşdü.