İraqlılar etiraz etdi: Bəhreyn səfirini geri çağırdı
"Əsrin müqaviləsi" və Bəhreyn forumu əleyhinə keçirilən etiraz aksiya iştirakçıları Bağdadda Bəhreyn səfirliyinə hücum edib. Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, hücumun ardından Bəhreynin Xarici İşlər Nazirliyi ölkənin İraqdakı səfirliyinə hücum aktını pisləyib və elan edib ki, hücumdan sonra səfir Salah əl-Malikinin məsləhətləşmə aparılması üçün geri çağırılması qərara alınıb. Qeyd edək ki, ötən gün axşam təşkil olunan etiraz akiyasında etirazçılar Bəhreyn səfirliyinin yerləşdiyi əraziyə daxil olub və Manamada keçirilən "Əsrin müqaviləsi"nə dair konfransı pisləyiblər. Etirazçılar səfirliyin binasının içərisinə girməyib, yalnız həyətində toplaşıb. Səfirliyin binasına daxil olan narazı kütlə Bəhreyn bayrağını endirərək Fələstin bayrağını asıblar. Bundan əlavə İsrail və ABŞ bayraqları da yandırılıb. Aksiyaya qatılanlar fələstinlilərdən pərakəndəlik halına son verib Fələstin xalqının haqlarını müdafiə etmək üçün birlik və bütövlüyü təmin etmələrini istəyiblər. Təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün havaya atəş açıb. Bildirilir ki, etirazçılardan 54 nəfər saxlanılıb. 5 polis nəfəri və bir neçə etirazçı yaranmış qarşıdurmada yaralanıb.
Protesters storm Bahraini embassy in Iraqi capital #Baghdad An Iraqi security official says protesters have stormed the Bahraini embassy compound in Baghdad in protest against a conference held in the gulf nation.
— قناة الانوار 2 (@alanwartv2) 27 июня 2019 г.
Three injured because of shots fired by the Security guards. pic.twitter.com/ky5tXhVra1