Maide.az

İraqla bağlı uğursuz olan ABŞ, İŞİD-i yenidən ortaya atdı

İraqın təhlükəsizlik idarəsinin media qurumu aprelin 21-i verdiyi açıqlamasında, İŞİD terrorçularının içində zabitlərin olduğu Kərkük Federal Polis Alayının avtobusuna hücum təşkil etdiyini qeyd edib.   Maide.Az  "deyerler.org"-a istinadən xəbər verir ki, media qurumu avtobusa Kərkükün Əd-Dib bölgəsində hücum edildiyini və hücumda bir zabitin yaralandığını bildirib.    Təhlükəsizlik qüvvələri bölgədə terrorçulara qarşı əməliyyatlar başladıb.   Digər tərəfdən, İraq ordusunun kəşfiyyat xidmətinin verdiyi açıqlamada, ordu qüvvələrinin Səlahəddin əyalətində reallaşdırdığı hava əməliyyatlarında 14 İŞİD terrorçusunun öldüyünü bildirib. Bu hücumlarda, həmçinin Əbdüləziz bölgəsində terrorçulara aid sığınacaq və mövqelər də məhv edilib.