Maide.az

İraqla Azərbaycanı birləşdirəcək dəmir yolu xətti inşa olunacaq

 İraq və İran dəyəri 45 mln. ABŞ dolları olan dəmir yolu layihəsi üzərində çalışır.   Bu barədə İraqın nəqliyyat naziri Bəkir Cabir əz-Zubeydi iranlı həmkarları ilə görüşdən sonra bildirib.   “Biz uzunluğu 32 km olan, cənubla şimalı birləşdirəcək dəmir yolu xəttinin inşası barədə razılığa gəldik. Bundan başqa Bəsrənin Sindbad adasından Şatt-əl-Ərəb çayına kimi 700 m uzunluğunda olan dəmiryolu körpüsünün də inşasına başlayacağıq”, - deyə iraqlı nazir bildirib.   Nazirin sözlərinə görə, bu layihə İraqı başqa ölkələr, o cümlədən “Böyük İpək Yolu” vasitəsilə Çin və Azərbaycanla da birləşdirəcək.   Layihə 20 aydan sonra tamamlanacaq.