Maide.az

İraq hökuməti ABŞ hərbçilərinin olduğu bazaya hücuma münasibət bildirib

İraq hökuməti ötən gecə Bağdadın şimalında ABŞ qüvvələrinin yerləşdiyi ət-Taci bazasına edilən hücuma münasibət bildirib.     İraqın prezidenti Bərhəm Saleh, Parlamentin sədri Məhəmməd əl-Həlbusi və müvəqqəti baş nazir Adil Əbdül-Mehdi hər biri ayrı-ayrılıqda ötən gecə ət-Taci bazasına edilən hücumu pisləyib və onun mənfi nəticələri haqda xəbərdarlıq ediblər.   Adil Əbdül-Mehdi hücumu həyata keçirənlərin tapılması üçün aidiyyatı qurumlardan araşdırmaların aparılmasını istəyib.   Qeyd edək ki, ötən gecə Bağdadın şimalında yerləşən ət-Taci bazasına 30-dan çox katyuşa raketi atılıb. Burada iki ABŞ və bir Britaniya hərbçisi ölüb. /SalamNews /